Azərbaycan lideri mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına qatılmayacaqlar.