Dövlət başçısı Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib.
AYNA xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.
Dövlət başçısı Daşkəsəndə Şəhidlər xiyabanını da ziyarət edib.


