İlham Əliyev Gəncədə açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub.
AYNA xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub.
Eyni zamanda, İ.Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib.
Prezident həmçinin Gəncə şəhər stadionunun təməlini qoyub.