Prezident gələn ilin dövlət büdcəsini təsdiqləyib

Xəbərlər

27.12.2024 - 10:47

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev büdcə qanununu təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

AYNA xəbər verir ki, bu barədə Prezidentin saytı məlumat yayıb.

Qanuna görə, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.4% çox), xərclərinin isə 41 milyard 407.6 milyon manat (4.2% çox) olacağı gözlənilir.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərman da imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş