Prezident: "Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir"

Siyasət

15.06.2021 - 18:07

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb

 

“Bu gün əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.

 

AYNA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, - Prezident vurğulayıb.

 

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş