Dövlət başçısı Vətən mübaribəsində qəhrəmanlıq göstərən hərbçiləri təltif edib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AYNA-nın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif ediliblər:
Təltif olunan hərbçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.