Prezident “Azərsun”dakı yanğını söndürənləri təltif edib

Xəbərlər

05.05.2022 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş və fədakarlıq göstərmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.

Təltif edilənlərin adları ilə buradan tanış ola bilərsiniz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş