Prezident ali hərbi rütbələr verdi - <font color=red> SİYAHI</font>

Xəbərlər

17.08.2020 - 14:25

İlham Əliyev Sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

 

“general-leytenant” hərbi rütbəsi

 

general-mayor Araz Məmməd oğlu Məmmədova

 

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə

 

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

 

“general-mayor” hərbi rütbəsi

 

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova

 

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.

Müəllif: Ayna.az