Prays: "Rusiya Ukraynadakı münaqişənin həllinə ciddi yanaşmır"

Dünya

22.04.2022 - 02:49

Həkimlər Klinikalar SEO Xidməti

Prays irəliləyişin Rusiyanın mövqeyinə bağlı olduğunu deyib

"Rusiya Ukrayna ilə bağlı diplomatik təşəbbüslərə ciddi yanaşmır".

AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Kiyev uzun müddətdir ki, Moskva ilə fikir ayrılıqlarının həllinə ciddi yanaşma nümayiş etdirir.

Prays bildirib ki, bu istiqamətdə irəliləyişin olmaması ilk növbədə Rusiya tərəfinin mövqeyi ilə bağlıdır.

Dövlət Departamentinin sözçüsü həmçinin bildirib ki, Birləşmiş Ştatlar dialoq və diplomatiya yolu ilə zorakılığa və müharibəyə son qoymağı hədəfləyən diplomatik prosesi dəstəkləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş