Sərhədçilər sənədlərin qaydasında olmadığını bildiriblər
Ukraynanın Dövlət Sərhəd Xidməti ikinci dəfə sabiq prezident Petro Poroşenkonun ölkəni tərk etməsinə icazə verməyib. AYNA-nın xəbərinə görə, bu barədə Ali radanın deputatı Viktoriya Sumar "Twitter"də yazıb.
“Bu dəfə QR kod oxundu, ezamiyyət həqiqi idi. NATO-nun parlament Assambleyası işinə başlamışdı. Lakin sərhədçilər bildirdilər ki, sənədlər qaydasında deyil” – deyə deputat qeyd edib.
Qeyd edək ki, mayın 27-də də Poroşenkonu Vilnüsdə keçiriləcək NATO-nun tədbirinə getməsinə Sərhəd xidməti icazə verməmişdi.