Müxalifətdəki “Vətəndaş Koalisiyası” cəmi 26,55 faiz səs toplayıb
Polşada parlament seçkilərində Yaroslav Kaçinskinin hakim “Qanun və Ədalət” Partiyası liderlik edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Dövlət Seçki Komissiyası yayıb.
Komissiyanın məlumatına görə, bülletenlərin 10,3 faizinin nəticələrinə əsasən, “Hüquq və Ədalət” Partiyası 40,17 faiz səs toplayıb.
Müxalifətdəki “Vətəndaş Koalisiyası” cəmi 26,55 faiz səs toplayıb.
Nəticələr sonradan dəyişə bilər. Çünki seçki qutularının cəmi 10 faizindən bir qədər artığının nəticələri hesablanıb.