Polşa Rusiyadan təzminat tələb edəcək: araşdırma aparılır

Dünya

19.02.2026 - 12:29

Araşdırmanı Müharibə İtkiləri İnstitutu aparır

“Polşa Rusiyadan təzminat tələb etmək məqsədilə itkiləri qiymətləndirmək üçün araşdırma aparır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşa hökumətinin mətbuat katibi Adam Şlapka deyib.

Onun sözlərinə görə, araşdırmanı Müharibə İtkiləri İnstitutu aparır. Qeyd edib ki, Polşa arxivləri hərtərəfli araşdırmağın çətin olduğu məlumdur, çünki "onlar çox vaxt əlçatmazdır".

“Financial Times” qəzeti Polşanın "Sovet hakimiyyətinin" nəticələrinə görə Rusiyaya qarşı "təzminat" iddiası hazırladığını yazıb. Nəşr xatırladıb ki, 2022-ci ildə Varşava İkinci Dünya müharibəsi dövründəki cinayətlərə görə Almaniyadan 1,3 trilyon avro təzminat tələb edib. Baş nazir Donald Tusk tərəfindən "Rusiyanın tarixi cinayətlərini" araşdırmaq tapşırılan institutun direktoru Bartoş Qondek bildirib ki, yeni araşdırma onun nasist vəhşiliyini araşdırmaq işindən daha iddialı olacaq. Çünki Polşa üzərində "Sovet hakimiyyəti" 40 ildən çox davam edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş