"Varşava Polis Departamenti “X” platformasındakı paylaşımla bağlı məlumat aldıqdan sonra dərhal tədbir görüb”
Polşa polisi Prezident Karol Navrotskiyə qarşı təhdidlərin yer aldığı sosial media paylaşımını araşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının rəsmiləri qeyd ediblər ki, "Varşava Polis Departamenti “X” platformasındakı paylaşımla bağlı məlumat aldıqdan sonra dərhal tədbir görüb. İstintaq davam edir".
Polis qeyd edib ki, artıq silinmiş olan Prezidenti təhdid edən paylaşımda istifadə edilən tapançanın fotosu əvvəllər fərqli bir kontekstdə, digər veb saytlarda və sosial mediada dərc olunub.