Polşa NATO-nun 4-cü maddəsini aktivləşdirib: Alyans səfirləri toplanacaq

Dünya

16.11.2022 - 14:37

NATO səfirləri Polşaya raket hücumunu müzakirə edəcəklər

NATO səfirləri Rusiya raketi ilə vurulan Polşanın tələbi ilə Alyansın 4-cü maddəsi əsasında bu gün görüşəcəklər. AYNA-nın xəbərinə görə, iki avropalı diplomat “Reuters”ə bildirib ki, Alyans ehtiyatlı davranacaq və hadisənin dəqiq necə baş verdiyini yoxlamaq üçün vaxt tələb edəcək.

NATO-nun təsis müqaviləsinin 4-cü maddəsinə əsasən, üzvlər hər hansı narahatlıq doğuran məsələni, xüsusən də üzv ölkənin təhlükəsizliyi ilə bağlı məsələ qaldıra bilərlər.

Daha əvvəl Polşa hökumətinin sözçüsü Piotr Müller bildirib ki, Varşava NATO Hərbi Alyans Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələrə ehtiyac olub-olmadığını yoxlayır.

Müeller həmçinin bildirib ki, Polşa bəzi hərbi hissələrin hazırlığını gücləndirir. Amma o, insidentlə bağlı hər hansı suala cavab verməkdən imtina edib.

“Bu yaxınlarda Polşadakı bəzi hərbi hissələrin döyüş hazırlığının artırılması və ölkəmizdə hüquq-mühafizə orqanlarının digər bölmələrinin döyüş hazırlığının artırılması ilə bağlı qərar qəbul edilib”, - deyə hökumət rəsmisi qeyd edib.

Məlumata görə, 30 NATO ölkəsinin səfirləri Polşadakı insidentlə bağlı təcili danışıqlar üçün artıq Brüsselə gəliblər.

İclasdan sonra NATO-nun baş katibi Yens Stoltenberqin jurnalistlər qarşısında çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, noyabrın 15-də Rusiyanın Ukrayna ərazisinə kütləvi raket hücumu zamanı 2 raket Polşa ərazisinə düşüb. Nəticədə iki nəfər həlak olub.

Polşa Prezidenti Andjey Duda dərhal Milli Təhlükəsizlik Şurasını toplayıb. Daha sonra o bildirib ki, hazırda “bu raketi kimin buraxdığına dair qəti sübutlar” var.

Polşa Xarici İşlər Nazirliyi Rusiya raketinin ölkə ərazisinə düşməsini təsdiqləyib və Rusiya səfirinə zəng edib. Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq hücumda iştirakını inkar edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş