Polşa Belarusla sərhəddə yeni divar inşa edəcək

Dünya

25.01.2022 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

Divarın inşasının iyulda başa çatdırılması nəzərdə tutulur

Polşa – Belarus sərhədində 5 metr hündürlükdə divarın inşaatına yanvarın 25-də başlayacaq. AYNA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Polşa sərhəd xidmətinin sözçüsü Anna Mixalskaya bildirib.

“Plana uyğun olaraq Belarusla sərhəd divarının tikintisi sabah başlayacaq. Hazırlıq işləri artıq görülüb” deyə Mixalskaya vurğulayıb.

 

Uzunluğu 186 km, hündürlüyü 5.5 metr olan divarın inşası iyulda başa çatmalıdır. Artıq büdcədən 644 milyon zlotı (160 milyon dollar) ayrılıb. Sərhəd xətti müasir kameralarla da təchiz ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş