“Politico”: Tramp Ukraynaya NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır

Dünya

14.08.2025 - 12:01

Amerika lideri təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib

ABŞ Prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib, lakin onlar NATO-nun səyləri çərçivəsində həyata keçirilə bilməz. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tramp bildirib ki, Rusiya ilə atəşkəs razılaşması əldə olunarsa, müəyyən şərtlərə riayət olunarsa, ABŞ Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazırdır.

Eyni zamanda, mənbələrdən biri deyib ki, Amerika lideri təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib və yalnız “daha geniş konsepsiyanı” müzakirə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş