“Politico”: Tramp Orbanı Ukrayna məsələsində güzəştə getməyə inandırıb

Dünya

27.08.2025 - 16:30

“Trampın Orbanı mövqeyindən geri çəkilməyə inandırması vəziyyəti dəyişib”

ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı Budapeştin mövqeyini dəyişməyə inandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ Prezidenti Donald Trampın indi Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxan, lakin Moldovanın üzvlüyünü dəstəkləyəcəyini açıq şəkildə bildirən Macarıstanın Baş naziri Viktor Orbanı Kiyevin Aİ-yə daxil olması ilə bağlı mövqeyindən geri çəkilməyə inandırması vəziyyəti dəyişib”, - nəşr avropalı diplomatın sözlərindən sitat gətirib.

Digər mənbələrə görə, Kiyevin Aİ-yə daxil olması dalana dirənib, lakin Budapeştə təzyiq etməklə dalandan çıxmaq olar.

Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar tezliklə başlayacaq. Fransız diplomatın sözlərinə görə, qərarlar “yaxın günlərdə və ya həftələrdə” veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş