“Trampın danışıqları dayandıra və sərt sanksiyalar tətbiq edə biləcəyi bir məqam gələcək”
ABŞ Prezidenti Donald Tramp yaxın bir ay və ya altı həftə ərzində Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər. AYNA.AZ “Politico”ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasına yaxın olan Amerika Birinci Siyasət İnstitutunun (AFPI) sədr müavini Fred Fleitz deyib.
“Növbəti bir ay və ya altı həftə ərzində Trampın danışıqları dayandıra və sərt sanksiyalar tətbiq edə biləcəyi bir məqam gələcək”, o qeyd edib.
Fleitzin sözlərinə görə, ABŞ Prezidentinin Rusiya rəhbərliyinə qarşı səbrinin “tükəndiyi” iddia edilir.
Həmin məqalədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-la münasibətləri pozmağa təhlükəli şəkildə yaxınlaşdığını bildirən anonim mənbələrə istinad edilir.