Birləşmiş Ştatlar bufer zonasının yaradılması müzakirəsində iştirak etmir
Avropa rəsmiləri Ukraynada nizamlanma çərçivəsində bufer zonanın yaradılmasını müzakirə edirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” beş avropalı diplomata istinadən məlumat yayıb.
Söhbət sülh sazişi çərçivəsində Rusiya və Ukrayna qüvvələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir.
Nəşrin mənbələri iddia edir ki, bu təklif Avropa rəsmilərinin Ukraynada müharibədən sonrakı nizamlanma və ya atəşkəs çərçivəsində nəzərdən keçirdikləri bir neçə təklifdən biridir.
Nəşr yazır ki, Birləşmiş Ştatlar bufer zonasının yaradılması müzakirəsində iştirak etmir.
Bufer zonasının sərhədində patrul xidməti aparmaq üçün lazım olan hərbçilərin sayı da sual altında qalır.
“Politico” iddia edir ki, 4,000-dən 60,000-ə qədər qoşun müzakirə edilir, onların əsas hissəsi Fransa və Britaniya qüvvələridir.