Deputat: “Baltikyanı ölkələrdən Asiyaya qədər insanlar Almaniyadan daha çox məsuliyyət götürməsini istəyirlər”
“Bir çox ölkə Almaniyanın keçmiş hərbi gücünü bərpa etməsini gözləyir”. AYNA.AZ “Politico”ya istinadən xəbər verir ki, bu sözləri Almaniya Sosial Demokrat Partiyasından deputat Kristof Şmid deyib.
"Hara gedirəmsə gedim, Baltikyanı ölkələrdən Asiyaya qədər insanlar Almaniyadan daha çox məsuliyyət götürməsini istəyirlər. Hamı Almaniyanın nəhayət müdafiə gücü baxımından iqtisadi çəkisini artıracağını və ona uyğunlaşacağını gözləyir", - deyə siyasətçi qeyd edib.
“Politico” öz növbəsində yazıb ki, Avropa Birliyinin (AB) əsasını təşkil edən danışılmamış razılaşmalar Avropada dəyişir. Almaniya əvvəllər maliyyəyə, Fransa isə müdafiəyə diqqət yetirirdisə, Almaniya indi AB-də dominant hərbi güc olmağa çalışır.
Daha əvvəl Polşa müdafiə nazirinin müavini Pavel Zalevski Almaniyanı “qətiyyət nümayiş etdirməyə və Rusiyaya qarşı beynəlxalq nizamı müdafiə etməyə çağırmışdı”. O Almaniyanın keçmiş kansleri Angela Merkelin Rusiyayönlü mövqeyini xatırladıb və Varşavanın "heç nəyi unutmadığını" vurğulayıb.