“Yeganə sual, bu nöqtədə kimin daha çox təsir rıçaqına sahib olacağıdır”
ABŞ konqresmenləri belə qənaətə gəliblər ki, Ukraynada davam edən müharibə Rusiya ilə danışıqlar yolu ilə dayandırılmalıdır. AYNA xəbər verir ki, bu barədə “Politico” yazıb.
Belə ki, Senatın Kəşfiyyat Komitəsinin sədri Marko Rubio qeyd edib ki, müharibə “danışıq yolu ilə həll”lə başa çatacaq.
“Yeganə sual, bu nöqtədə kimin daha çox təsir rıçaqına sahib olacağıdır” dedi siyasətçi vurğulayıb.
Senator J.D.Vens öz növbəsində əlavə edib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası “yerdəki real vəziyyəti anlamaqda həmişə aylarla geri qalır”.
Qeyd edək ki, Ukrayna Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Avropa ölkələrində “Ukraynanı Rusiya ilə danışıqlara çağıran çoxlu səslər eşidilməyə başlayıb”.