Polisə qarşı zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb

Hadisə

12.05.2021 - 20:13

Hazırda cinayət işi üzrə istintaq davam edir

 

Mayın 11-də saat 20 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Goranboy Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, izahatının alınmasından ötrü Goranboy Rayon Polis Şöbəsinə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Müəllif: Ayna.az