Polis müqavimət göstərmək istəyən şəxsi yaralayıb

Hadisə

23.07.2025 - 23:13

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA.AZ-a bildirilib ki, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.

Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş