Polis əməliyyat keçirib

Xəbərlər

11.03.2024 - 11:13

cedabet dərman SEO Xidməti

43,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Martın 9-da və 10-da ümumi çəkisi 43,2 kiloqramdan çox narkotik vasitə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - nazirliyin məlumatında qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş