Polis əməkdaşını və süpürgəçini maşın vurub, polis ölüb

Hadisə

03.02.2020 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı araşdırma aparılır

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Toyota" markalı avtomobil idarəetməni itirərək yol kənarında xidmət aparan polis əməkdaşı Məhərrəmov Natiq Museyib oğlunu və yol süpürən qadını vurub.

 

N.Məhərrəmov aldığı xəsarətdən hadisə yerində ölüb. Süpürgəçi isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş