Polad Bülbüloğlu: “Putinlə Əliyev Bakıda zəngin dialoq aparacaqlar”

Xəbərlər

19.08.2024 - 09:31

cedabet dərman SEO Xidməti

“hazırda Moskva ilə Bakı arasında münasibətlər çox yüksək səviyyədədir”

“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Bakıda zəngin dialoq aparacaqlar”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Diplomat bildirib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər “çox yüksək səviyyədədir”.

Qeyd edək ki, Putin bazar günü, avqustun 18-də rəsmi ikigünlük dövlət səfəri üçün Bakıya gəlib. Axşam o, Azərbaycan lideri İlham Əliyevlə ilə qeyri-rəsmi şam yeməyində iştirak edib.

Bundan əvvəl Putinin Əliyevlə Azərbaycan-Ermənistan nizamlanması məsələsini müzakirə edəcəyi bildirilmişdi. Bundan əlavə, prezidentlər regional və beynəlxalq siyasətin aktual problemləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş