İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb
Milli Məclisin (MM) aprelin 7-də keçirilməsi planlaşdırılan plenar iclasının vaxtı dəyişdirilib. Bu barədə AYNA-ya MM-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, plenar iclasın vaxtı aprelin 7-dən 9-na keçirilib. İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb, heç bir əlavə və ya ixtisarlar edilməyib.