İran Prezidenti yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian yaxın iki həftə ərzində Ermənistana rəsmi səfər edəcək. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib.
“Prezident Pezeşkian bundan əvvəl İraq, Pakistan, Azərbaycan, Qətərə də səfər edib”, - deyə nazir xatırladıb.