Pezeşkian Azərbaycana təşəkkür edib

Xəbərlər

11.02.2026 - 16:43

“İran qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətləri qurur”

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib. AYNA.AZ xəbər verir ki, Pezeşkian təşəkkürü İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən yürüşdə xalqa müraciət edərkən səsləndirib.

O qeyd edib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətləri qurur: "Bu, inqilab liderinin göstərişidir. Müsəlman dövlətləri dost və qardaş ölkələrdir. Biz onlarla münasibətləri gücləndirməliyik. Düşmən bizə qarşı sui-qəsd hazırlamağa və ya təcavüz etməyə cəhd etdikdə, bu qonşu ölkələr bizə zəng edərək narahatlıqlarını, dəstəyini və mövqeyini bildirirdilər".

Pezeşkian Azərbaycana və Azərbaycan Prezidentinə, eləcə də Türkiyə Prezidentinə və Türkiyə Xarici İşlər Nazirinə təşəkkür edib: "Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Misir - bütün bu ölkələrin İranla bağlı narahatlıqları var idi. Onlar diplomatik yollarla bu çətinliklərin öhdəsindən gəlməyimizə kömək etməyə çalışdılar. Mən onlara təşəkkür edirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş