Peter Siyarto: “Aİ-nin Ukrayna ilə bağlı siyasəti iflasa uğrayıb”

Dünya

03.06.2024 - 09:25

Həkimlər Klinikalar SEO Xidməti

“Avropalı siyasətçilər məsuliyyətdən yayınmaq istəyirlər”

“Avropalı siyasətçilər məsuliyyətdən yayınmaq üçün Ukrayna strategiyasının uğursuzluğunu qəbul etmirlər”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto Belarusun ONT telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) məsuliyyətdən yayınmaq istəyir: “Çünki Brüsselin Ukraynadakı müharibə ilə bağlı siyasətinin iflasa uğraması fəlsəfi bəyanat deyil, faktdır. Bu, sadə insanların həyatına təsir edir”.

“Avropalı siyasətçilər məsuliyyətdən yayınmaq istəyirlər. Ona görə də onlar indiki strategiyanın iflasa uğradığını etiraf etməyə hazır deyillər”, - deyə nazir vurğulayıb.

Siyarto həmçinin qeyd edib ki, Aİ liderləri sülhün lehinə müstəqil siyasətə icazə vermirlər. Onun sözlərinə görə, Aİ rəhbərliyi fərqli fikirlərə dözmür və hər şeyi öz nəzarəti altına almağa çalışır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş