“Görünür, bütün “sülh planları”, bütün planlar, gizli və məxfi deyil”
“Volodimir Zelenskinin “Qələbə planı” Qərb ölkələrini tez bir zamanda Ukrayna münaqişəsinə sürükləmək və onu legitimləşdirməkdən ibarətdir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Görünür, bütün “sülh planları”, bütün planlar, gizli və məxfi deyil. Hamısı Kiyevin Qərb ölkələrini mümkün qədər tez bir zamanda tamamilə müharibəyə sürükləmək və bunu qanuniləşdirməkdən qaynaqlanır”, - Kreml rəsmisi bildirib.