Peskov: “Türkiyə banklarında rusiyalı müştərilərin problemləri ABŞ-ın təzyiqi ilə bağlıdır”

Dünya

01.02.2024 - 17:49

cedabet dərman SEO Xidməti

“Rusiya tərəfi Türkiyədən olan tərəfdaşlar və həmkarları ilə bu mövzuda fəal dialoqdadır”

“Rusiyalı müştərilərin Türkiyə banklarındakı problemləri ABŞ-ın təzyiqi ilə bağlıdır”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Bəli, biz Türkiyə banklarında rusiyalı müştərilər üçün çətinliklərdən xəbərdarıq”, - Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyədən olan tərəfdaşlar və həmkarları ilə bu mövzuda fəal dialoqdadır.

“Problemlər ilk növbədə ABŞ nümayəndələri tərəfindən Türkiyəyə, türk şirkətlərinə, o cümlədən maliyyə şirkətlərinə edilən görünməmiş aqressiv təzyiqdən qaynaqlanır”, - deyə Kreml rəsmisi əlavə edib.

Bundan əvvəl media Türkiyə banklarının bəzilərinin Rusiya şirkətlərinin hesablarını bağlamağa və fiziki şəxslərə qarşı tələbləri sərtləşdirməyə başladığını yazmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş