Peskov: “Rusiya İranın nüvə proqramının diplomatik həllinin tərəfdarıdır”

Dünya

04.04.2025 - 15:32

“İranın nüvə problemi yalnız siyasi və diplomatik yollarla müzakirə edilməli və həll edilməlidir”

“Rusiya İranın nüvə proqramı probleminin siyasi və diplomatik həllinin tərəfdarıdır və hərbi alətləri qəbul etmir”. AYNA.AZ  TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz hesab edirik ki, İranın nüvə problemi yalnız siyasi və diplomatik yollarla müzakirə edilməli və həll edilməlidir”, - Kreml nümayəndəsi qeyd edib.

Peskov həmçinin vurğulayıb ki, Rusiya İranın nüvə proqramı məsələsində təmkinli olmağa və yalnız diplomatiyaya diqqət yetirməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş