“Rusiya tərəfi münasibətlərimizin kəsilməsinin təşəbbüskarı olmayıb”
“Rusiya Avropa ilə dialoqa hazırdır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Avropalıların hazır olduqları təqdirdə dialoqumuzda irəliləməyə hazırıq. Lakin Putin dəfələrlə qeyd etdiyi kimi, avropalıların tutduqları mövqedən sonra biz özümüz belə əlaqələr qurmağa təşəbbüs etməyəcəyik”, - deyə Peskov qeyd edib.
Kreml rəsmisi deyib ki, Rusiya ilə Avropa arasında münasibətlərin kəsilməsinin təşəbbüskarı Moskva deyil: “Rusiya tərəfi münasibətlərimizin kəsilməsinin təşəbbüskarı olmayıb. Bunun təşəbbüskarları Brüssel və ayrı-ayrı Avropa paytaxtları olub”.