Peskov: “Putinin Mnatsakanyanla görüş planı yoxdur”

Aktual

08.10.2020 - 13:54

“Prezidentin görüş cədvəlində dəyişiklik edilməyib”

 

Rusiya Prezidenti Vladimir Putinin Moskvaya səfər edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə görüşmək planı yoxdur.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Hazırda Prezidentimizin Ermənistan XİN başçısı ilə görüş planı yoxdur. Prezidentin görüş cədvəlində dəyişiklik edilməyib. Bilirsiniz ki, Mnatsakanyan rusiyalı həmkarı Lavrovla yaxından dialoq qurur”, - deyə Peskov vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı müzakirələr aparmaq üçün Rusiyaya səfər edib.

Müəllif: Ayna.az