Peskov: “Putin Donbassa səfər edəcək"

Dünya

09.11.2022 - 17:52

Həkimlər Klinikalar SEO Xidməti

Kremlin sözçüsü: "Putinin səfəri ilə bağlı hələlik konkret plan yoxdur”

“Rusiya Prezidenti Vladimir Putin Donbassa səfər edəcək, lakin hələlik səfərlə bağlı konkret plan yoxdur”. AYNA TASS-a istinmadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik konkret planlar yoxdur, amma şübhə etmirəm ki, Putinin Donbassa gedəcəyi gün gələcək. Bura Rusiyanın regionudur və Putinin Donbassa getməsi mümkündür”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya işğal olunan Ukraynanın Donbass bölgəsini də qondarma referendumla öz tərkibinə qatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş