“Nəsə gözləmək bizim işimiz deyil, amerikalı seçicilərin işidir”
Kreml ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında seçki debatını izləməyi planlaşdırmır. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, baxmağı planlaşdırmırıq. Nəsə gözləmək bizim işimiz deyil, amerikalı seçicilərin işidir”, - deyə o, jurnalistlərin müvafiq suallarını cavablandırıb.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəqibi, hazırkı vitse-prezident Kamalə Harrislə debatlar keçirmək barədə razılığa gəldiyini açıqlamışdı. Debat bu gün Amerikanın ABC News telekanalında baş tutacaq.