Perunun keçmiş Prezidenti vəfat edib

Dünya

12.09.2024 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

Alberto Fuximori paytaxt Limada 86 yaşında dünyasını dəyişib

Korrupsiya və insan haqlarının pozulması ittihamı ilə 16 il həbsdə yatmış Perunun keçmiş Prezidenti Alberto Fuximori paytaxt Limada 86 yaşında dünyasını dəyişib.

AYNA xəbər verir ki, "xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fujimori indicə Tanrının yanına getdi", deyə onun övladları Keiko, Hiro, Saçi və Kenci Fuximori “X” sosial media hesabında yazıblar.

Yayda Keiko Fuximori atasının 2026-cı il seçkilərində dövlət başçısı postu uğrunda yenidən mübarizə aparmaq niyyətində olduğunu bildirmişdi.

Peruya 1990-2000-ci illərdə rəhbərlik etmiş Fuximori hakimiyyəti dövründə törətdiyi cinayətlərə görə 25 illik həbs cəzasının üçdə ikisini çəkdikdən sonra ötən ilin dekabrında humanitar əsaslarla həbsdən azad edilib.

O, üsyançılarla mübarizə aparmaq üçün ölüm dəstələri yaratmaqda və 1991-1992-ci illərdə 25 nəfərin öldürülməsində, habelə dövlət vəsaitinin mənimsənilməsində və digər korrupsiya cinayətlərində ittiham olunurdu.

2000-ci ildə yapon əsilli Fuximori ölkəni tərk edərək Yaponiyaya gedib.

Sabiq Prezidentlə bağlı araşdırmaya başlayan Peru hakimiyyəti onun ekstradisiyasını istəsə də, Yaponiya bundan imtina edib.

2005-ci ildə Fuximori gözlənilmədən Çiliyə gedib, orada Peru orderi ilə həbs olunub və Limaya aparılıb. O ölkəsinə ekstradisiya edilən ilk demokratik seçilmiş lider olub.

2007-ci ildə Fuximori 25 il müddətinə azadlıqdan məhrum edilib. Peru Prezidenti Pedro Pablo Kuçinski səhhəti ilə əlaqədar 2017-ci ildə Fuximorini əfv edib.

Daha sonra Alberto Fuximori xəstəxana yatağından yazılan ifadədə ölkə vətəndaşlarından bağışlanma diləyib və əfv üçün Prezidentə təşəkkür edib. Lakin onun azad edilməsi ilə bağlı hüquqi mübahisələr səbəbindən yalnız altı il sonra sərbəst buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş