Peruda qəzada 37 nəfər ölüb

Dünya

13.11.2025 - 08:58

Arekipa bölgəsində avtobus dərəyə aşıb

Perunun cənubundakı dağlıq Arekipa bölgəsində avtobus dərəyə aşıb. AYNA.AZ xəbər verir ki, hadisə nəticəsində 37 nəfər ölüb, onlarla insan yaralanıb.

Yerli rəsmilərin mediaya verdiyi məlumata əsasən, avtobus yük avtomobili ilə toqquşaraq yoldan çıxıb 200 metrdən Okona çayının sahilinə düşüb. Avtobus ölkənin cənubundakı Çala şəhərindən Arekipa şəhərinə istiqamətində hərəkətdə olub.

Qeyd edək ki, çətin relyefli bu ərazidə avtomobil qəzaları tez-tez baş verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş