“Atılan raketlər gəmiyə yaxınlaşmayıb"
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial mediada İran raketlərinin “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisini vurduğu xəbərini təkzib edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun məlumatında qeyd edilib.
"Bu, yalandır. “Linkoln” vurulmayıb. Atılan raketlər gəmiyə yaxınlaşmayıb", - deyə Pentaqondan bildirilib.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinə dörd ballistik raketlə zərbə endirdiyini bəyan edib.
“Times Now”un məlumatına görə, təyyarədaşıyan gəmi hazırda Yaxın Şərq yaxınlığında İrana qarşı hücum əməliyyatları aparmaq üçün yerləşdirilib.