Pentaqon Tayvanda Pelosinin təyyarəsi üçün bufer zona yaradır

Dünya

01.08.2022 - 15:05

KİV: Pentaqon Tayvana əlavə qüvvələr, o cümlədən təyyarə daşıyan gəmiləri cəlb edir

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mümkün səfəri ərəfəsində Pentaqon Tayvana əlavə qüvvələr, o cümlədən təyyarədaşıyan gəmilər toplamağa başlayıb. AYNA xəbər verir ki, bu barədə xaridi KİV yazır.

"ABŞ hərbi qurumu əvvəlcə spikerin səfərinə qarşı idilər. Lakin indi Pelosinin Tayvana uçmağa qərar verəcəyi təqdirdə onun təyyarəsi üçün bufer zona yaradıldığı məlum olub", - məlumatda qeyd edilib.

Daha əvvəl bildirilmişdi ki, Pelosi avqustun 2-də Tayvana səfər edə bilər. “China Times” qəzetinin yazdığına görə, siyasətçi gecəni adada keçirə və ertəsi gün yerli administrasiyanın rəhbəri Tsay İnqvenlə görüşə bilər.

İyulun 26-da Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei xatırladıb ki, ABŞ Tayvanın müstəqilliyini dəstəkləməyəcəyinə söz verib. Ona görə də Çin bunu real hərəkətlərlə təsdiq etməyi tələb edir. O, xəbərdarlıq edib ki, Pelosi adaya gəlsə, Çin hərbçiləri boş oturmayacaqlar.

Müəllif: Ayna.az