Pentaqonun hədəfi hazırkı 108 raketlə müqayisədə 1134 raketdir
ABŞ Müdafiə Nazirliyi İranda istifadə edildikdən sonra yeni PrSM (Dəqiq Zərbə Raketi) raketlərinin illik alışını 10,5 dəfə artırmaq üçün maliyyələşdirmə təmin etmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
Portala görə, Pentaqonun hədəfi hazırkı 108 raketlə müqayisədə 1134 raketdir. Bu, alışlarda 950% artım deməkdir.
2025-ci ilin oktyabr ayında PrSM istehsalçısı “Lockheed Martin” ildə 400-ə qədər raket istehsal etmək niyyətində olduğunu açıqlayıb.