Pentaqon pilotsuz təyyarələrin dəyişdirilməsinə 500 milyon dollar xərcləyəcək

Dünya

17.08.2024 - 18:47

Həkimlər Klinikalar SEO Xidməti

Müqavilə üzrə işlərin 2029-cu ilə qədər tamamlanacağına ümid edilir

ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının (PUA) modifikasiyası proqramını həyata keçirmək üçün "General Atomics" ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.

AYNA xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

Müqavilə çərçivəsində uzaq uçuş məsafəsinə malik taktiki orta hündürlükdə PUA-ların modifikasiyası ilə bağlı proqram həyata keçiriləcək.

Pentaqon müqavilə üzrə işlərin 16 avqust 2029-cu ilə qədər tamamlanacağına ümid edir.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi bir neçə şirkətlə Hərbi Hava Qüvvələrinin infrastrukturunun modernləşdirilməsi üçün müqavilə imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş