Pentaqon İrandakı məktəbə hücumla bağlı məlumatları nəzərdən keçirir

Dünya

05.03.2026 - 09:44

Pit Heqset: "Deyə biləcəyim tək şey odur ki, biz araşdırma aparırıq"

Pentaqon İrandakı qızlar məktəbinə hücumu nəzərdən keçirir. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset “CBS News”da yayımlanan brifinqdə deyib.

"Deyə biləcəyim tək şey odur ki, biz araşdırma aparırıq", - deyə ABŞ hərbi komandanı vurğulayıb.

Heqset həmçinin ABŞ-ın mülki hədəflərə zərbə endirmədiyini qeyd edib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Nadav Şoşani İsrailin İrandakı məktəbə zərbə endirmədiyini və ABŞ-ın bu işdə iştirak etmədiyini bildirib. Hər iki ölkə məlumatı yoxlayır, lakin Şoşani İranın iddialarını rədd edib. O İsrailin İranda yüksək dəqiqliklə fəaliyyət göstərdiyini deyib.

Buna baxmayaraq, İran məktəbinə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi zamanı zərbə endirilib. Hücum nəticəsində əksəriyyəti uşaqlar olan 170-dən çox insan həlak olub. Hücumda həlak olan tələbələr üçün kütləvi dəfn mərasimi 3 mart 2026-cı ildə İranda keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş