Pentaqon İrana zərbə endirmək üçün plan hazırlayıb

Dünya

18.05.2026 - 12:59

Hücumun hədəfləri İranın enerji və infrastruktur obyektləridir

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatları davam etdirmək qərarına gələcəyi təqdirdə Pentaqon İrana qarşı zərbələr planı hazırlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, hücumun hədəfləri İranın enerji və infrastruktur obyektləridir.

Planlar həftəsonu milli təhlükəsizlik qrupu ilə keçirilən görüşdən sonra hazırlanıb.

Qeyd edək ki, Tramp həftəsonu Virciniyadakı qolf klubunda rəsmilərlə görüşüb. Görüşdə dövlət katibi Marko Rubio, vitse-prezident C.D.Vens, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş