Dövlət Sosial Müdafiə Fondu pensiyalarla bağlı məlumat yayıb
Azərbaycanda aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb.
Bu barədə AYNA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar aprelin 9-da, bölgələr üzrə isə aprelin 16-da ödəniləcək.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.