Pensiyaları artırmaq üçün “maraqlı” metod: Birinin əlindən al, digərinə ver

Cəmiyyət

04.02.2020 - 10:20

Hökumət pensiya artımı xərclərini pensiyaçıların sayının azaldılması ilə kompensasiya edir

 

Son illərdə Azərbaycanda pensiyalar 72% artıb. Faiz olaraq ciddi şəkildə artım olmasına baxmayaraq, azərbaycanlı pensiyaçılar əllərinə cəmi 200 manat ala bilirlər. Pensiyalardakı "artım" sözünün, əslində manatın devalvasiyası səbəbindən ödənişlərin indeksləşdirilməsi olduğuna diqqət çəkməyəcəyik, çünki hazırda bizi başqa bir məsələ narahat edir.

 

Son illərin statistikası pensiyaçıların sayının tədricən azalmağa doğru getdiyini göstərir. Müstəqil ekspertlər bu vəziyyəti pensiya yaşının artması ilə əlaqələndirirlər və qeyd edirlər ki, artıma yönələn məbləğ pensiya yaşına çatanların sayının azaldılması yolu ilə əldə edilir. İqtisadçı-alim Qubad İbadoğlunun hesablamalarına əsasən, təkcə son bir il ərzində pensiya yaşına çatmış insanların sayı 11717 nəfərə enib, son 2 ildə isə onların sayı 32 min nəfər azalıb.

 

Pensiya yaşının artmasından sonra baş verən bu sürətli tendensiya təsadüfi deyil. İqtisadçı-ekspert Nemət Əliyevin AYNA-ya dediyinə görə, bu, hökumətə qənaət etməyə imkan verir və qənaət olunan pul hökumətin artan pensiyalarla bağlı xərclərini ödəyir: “2017-ci ilin birinci yarısının sonuna ölkədə 1 milyon 328 400 nəfər pensiya alırdı, ötən ilin sonunda 1 milyon 277 800 nəfər pensiyaçı qaldı. Fikirləşin, iki il yarım ərzində hökumətin sosial siyasəti pensiyaçıların 50600 nəfər azalmas

Müəllif: Tanya Samsonova