Pekində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Dünya

28.10.2024 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

“Hücum nəticəsində üçü azyaşlı olmaqla beş nəfər yaralanıb”

Pekində naməlum şəxsin bıçaqla hücumu nəticəsində 5 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Bazar ertəsi Pekində bıçaqlı hücum nəticəsində üçü azyaşlı olmaqla beş nəfər yaralanıb”, – nəşr polisin məlumatlarına istinadən yazır.

Yoldan keçənlərə hücum yerli vaxtla saat 15:20 radələrində Çin paytaxtının Haidian rayonunda baş verib. Şübhəli dərhal hadisə yerində saxlanılıb.

Hadisədən sonra zərərçəkənlər xəstəxanaya aparılıb. Çin polisinin məlumatına görə, onlar həyati təhlükəsi olmayan yüngül xəsarətlər alıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş