Uçuşlar həftədə üç dəfə həyata keçiriləcək
“Pegasus” aviaşirkəti iyulun 3-dən etibarən İzmir-Bakı-İzmir reyslərinə başlayacaq. AYNA xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Adnan Menderes hava limanından Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həftədə üç dəfə olmaqla “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək.