Paytaxtın ictimai nəqliyyatında yenilik tətbiq olunacaq

Cəmiyyət

04.05.2020 - 18:18

Həkimlər Klinikalar SEO Xidməti

Vüsal Kərimli: “Pandemiya dövründən sonra da xüsusi ekspres marşrut-taksi sisteminin tətbiq olunmasını planlaşdırırıq”

 

“Ekspres xətlərin davam etməsi yenidən analiz olunacaq. Çünki ictimai nəqliyyat eyni yerdə bir-birini təkrarlamamalıdır”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyyətinin sədri Vüsal Kərimli deyib. Bildirib ki, bu proses həm iqtisadi, həm də yol infrastrukturu cəhətindən müəyyən yerlərdə səmərəsiz alınır.

 

“Amma biz bir manatlıq taksilərin fəaliyyətini analiz etmişik və buna görə də pandemiya dövründən sonra da xüsusi ekspres marşrut-taksi sisteminin tətbiq olunmasını planlaşdırırıq. Məsələn, “Həzi Aslanov”-“Koroğlu”, “Koroğlu”-“20 Yanvar” istiqamətlərində qeyri-qanuni taksi fəaliyyətləri çoxluq təşkil edir. Ona görə də bu istiqamətdə də ekspres xətlər fəaliyyətə başlayacaq”, - Kərimli söyləyib.

 

Bundan əlavə, o vurğulayıb ki, ekspres xətlər günün müəyyən saatlarında fəaliyyət göstərə bilər: “Məsələn, Lökbatan qəsəbəsindən Bakı istiqamətinə doğru ekspres xətlərin qoşulması üçün çox ciddi tələb var. Ora ekspres xətlər buraxıla bilər. Amma normal vaxtlarda ekspres xətlər dayandırılacaq. Metro açıldıqdan sonra isə sərnişin axınının analizinə görə bu məsələyə baxılacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş